Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Allahşükür Paşazadənin Zaqatalada “VİP” namazı etiraz doğurdu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,  Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Zaqatalada dini icma və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Şeyxülislam Allahşükür Paşazadə Zaqatala şəhər Cümə məscidini ziyarət edərək orada namaz qılıb, dualar oxuyub.

Allahşükür Paşazadənin məsciddə namaz qıldığı vaxt əhalinin məscidə girişi qadağan olunub. “Basta”ya Zaqataladan verilən məlumata görə, məscidin giriş qapısında polis postu qurulub və namaza gələn yüzlərlə insan geri qaytarılıb. Bu ayrıseçkilik yerli dindarların narazılığına səbəb olub.

“Allahşükür Paşazadənin arxasında oturub namaz qılardıq, bu daha yaxşı bir əməl olardı, amma bizi məscidə buraxmadılar. Mülki geyimli polis əməkdaşları insanları hər gün namaz qıldıqları məscidin qapısından geri qaytardılar. Özü də bunu bir üzrxahlıqla yox, əmrlə, sayğısızlıqla etdilər. Bu ayrıseçkilik hamının narazılığına, hətta təəccübünə səbəb oldu” – mənbə bildirib.

mescid 3

mescid 1

Namazdan sonra Bakı İslam Universitetinin Zaqatala şöbəsinin konfrans zalında bu təhsil ocağının müəllim və tələbələri, habelə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

QMİ sədri Allahşükür Paşazadə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb.

Allahşükür Paşazadə müşavirədə Zaqatala rayonuna yeni təyin etdiyi qazını ictimaiyyətə təqdim edib. Şeyxülislam həmçinin QMİ-nin yerli nümayəndəliyinə müəyyən məsələlərin həlli məqsədilə 10 min manat maddi yardım göstərib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Güclü külək Balakən rayonunda fəsadlar törədib – FOTO

%d bloqqer bunu bəyənir: