Loading...
Loading...

Alışanov “ilansancmaz villa” tikdirir – Xızıda/Özəl

AzTV sədri Arif Alışanovun mülklərinin sayına daha biri əlavə olunmaqdadır. Oliqarxa çevrilmiş, böyük maliyyə imkanlarına sahiblənmiş Alışanov günbəgün malikanələrini artırır. AzTV sədri Xızıda özünə dəbdəbəli saray tikdirir.

Bu barədə 24saat.org-a rayondan daxil olan məlumata görə, A.Alışanov 6 hektar ərazidə böyük imarət ucaldır. Hazırda intensiv tikinti işləri aparılır və əsasən xızılı tikinti işçiləri burada çalışır. AzTV sədrinin villası Xızının yüksəkliyində, səfalı bir ərazisində yerləşir.
Alışanovun malikanəsi 6 hektar ərazidə yerləşsə də, ilanlardan qorunmaq üçün yenə də tədbirlər görülür. Hazırda villanın çəpərlənməsi və yaşıl rəngə bürünməsi işlər davam etdirilir. Bu da sürünən heyvanlarının qarşısını kəsməyə hesablanıb.
Əldə etdiyimiz bilgiyə görə, Alışanov bir neçə dəfə imarətində işlərin gedişi ilə tanış olmaq üçün Xızıya baş çəkib. Amma ümumi gedişata etibar etdiyi yaxın bir adamı nəzarət etdiyi xəbər verilir.
O da qeyd olunur ki, Alışanovun Xızının icra başçısı ilə sıx əlaqələri var. Xəzər Aslanov ona rayonda bu imkanları yaradıb. Amma dövlət televiziyasının direktoru hansı maliyyə hesabına malikanələrinin sayını artırır, bu barədə bizdə heç bir məlumat yoxdur.
Yada salaq ki, Hesablama Palatasının bir müddət əvvəl yaydığı məlumatda audit yoxlaması nəticəsində AzTV-də maliyyə pozuntularına yol verildiyi və dövlət vəsaitinin xərclənməsində ciddi nöqsanların aşkara çıxarıldığı qeyd olunmuşdu.

Ondan əvvəl isə Satlnalmalar üzrə dövlət agentliyinin son 5 ildə keçirdiyi tenderlə bağlı mediada araşdırma materialları çap edilmiş və “AzTV-yə ayrılmış milyonlar necə xərclənib” tipli suallar səslənmişdi.

Məlum olmuşdu ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri tenderi udur və sonradan “əriyib” yoxa çıxırlar.

Məlumatlarla bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Əbülfəz Qarayev SİYASİ SKANDAL yaradacaq açıqlama ilə çıxış etdi

%d bloqqer bunu bəyənir: