Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Alimlər baş ağrının əsas səbəblərini açıqladılar

Alimlər baş ağrısına səbəb olan amillərlə bağlı genişmiqyaslı tədqiqatlar aparıblar.

Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, dünyada hal-hazırda baş ağrısı ən aktual problemlərdən biridir. Bu cür ağrı bir neçə dəqiqə və ya günlərlə davam edə bilər. Dünyada 1,6 milyard insan tenzion baş ağrılardan əziyyət çəkir. Qadınlar kişilərdən daha çox bu ağrılara məruz qalırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, emosional təzyiq baş ağrısına səbəb olur. İnsan əsəbləşən zaman onun boyun qaçırma və baş damarları təzyiqə məruz qalır. İnsan baş ağrısını və qəzəbi dəf etmək üçün bir neçə dəfə dərindən nəfəs almalıdır.

Bununla yanaşı stress də baş ağrının əsas amillərindəndir. İnsan emosional və psixoloji təzyiq altında olanda baş ağrı qaçılmaz olur.
Misal üçün həftə ərzində yığılan stress istirahət günlərində baş ağrıya səbəb olması mümkündür. İnsan 8 saat sağlam yuxu yatmaqla bu ağrını dəf edə bilər.

Az yuxu yatmaq da tez-tez baş ağrısı gətirir. Alimlərin sözlərinə görə, susuzluq baş ağrının yaranmasına səbəb olur. Gözlərin həddən artıq yüklənməsi də baş ağrısına səbəb olur. Məsələn, avtomobili uzun müddət idarə etmək gözlərin yorulmasına səbəb olur. Və ya kompüter monitoru qarşısında uzun müddət oturandan sonra baş ağrılara səbəb ola bilər. Hər saatda ən azı 10 dəqiqə dincəlmək lazımdır. İş prosesində monitoru gözlərinizdən 20 santimetr aralıda qoyulmalıdır. Alimlər son olaraq vurğulayıblar ki, düzgün olmayan qida rasionu və hava da dözülməz baş ağrıları yaradır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Azərbaycan “Metsamor”un bağlanmasında ən maraqlı ölkədir”

%d bloqqer bunu bəyənir: