Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Alimlər barmaq şaqqıldatmağın zərərli olub-olmadığını açıqladılar

ABŞ-ın UC Davis Sağlamlıq Mərkəzində işləyən elm adamları, barmaq şaqqıldatmağın oynaqlara necə bir təsir göstərdiyini açıqladı.

Barmaqlarınızı şaqqıldatdığınızda, ətrafdan “belə etmək çox zərərlidir, oynaqlara ciddi ziyan verir” kimi cümlələrlə tez-tez rastlaşarsınız. Bəs elm adamlarının buna cavabı nədir? Həqiqətən də barmaqlarınızı şaqqıldatdığınızda oynaqlarınıza zərər verirsiniz mi?
Əvvəla barmaqlarımızı şaqqıldatdığımızda nələr olduğuna baxaq. Maye ilə dolu olan iki sümüyün birləşdiyi oynaq kapsulundakı boş qisim, barmaqlarımızı hər şaqqıldatdığımızda genişlənir və burdakı maye, sümüklərin arasındakı boşluğu doldurmaq üçün kifayət etmir. Təzyiqin düşməsi və sonrasında yaranan qaz dolu qabarcıq, barmaqları şaqqıldatdığımız vaxtdakı o məşhur səsin çıxmasına səbəb olur. Yəni bu səsin arxasındakı tək şey bir qabarcıq dənəsidir.
Üzərində təcrübə aparılan 40 insandan alınan datalar ilə bir analiz aparan Dr. Robert Davni Butin, bu sınaqlardan 30-unda şaqqıldatmaq alışqanlığının olduğunu, 10-unun isə bunu həyatlarında heç yoxlamadıqlarını ortaya çıxardı. Bir növ oynaqlar üçün isinmə hərəkəti vəzifəsini yerinə yetirən şaqqıldatmaq, oynaqlardakı hərəkət genişliyinin də artmasına kömək edir hətta oynaq xəstəliklərinin qarşısına keçməsi üçün yaxşı bir metod belə ola biləcəyini bildirir. Belə ki, sınaqlara dayanaraq bildirilir ki, barmaq şaqqıldadan insanlarda oynaq iltihabı ya da şişlik kimi xəstəliklərə rast gəlinmir.
Nəticə olaraq “barmaq şaqqıldatmaq zərərlidir” tezisini müdafiə edən şəxslərə bu xəbərdən yola çıxaraq lazımlı “elmi” açıqlamanı etməyinizdə heç bir ziyan yoxdur.
technote.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Şimşək səmada insan başının siluetini cızdı – FOTOLAR

%d bloqqer bunu bəyənir: