Now Reading:
Alimlər yeni antibiotik aşkarladılar
Full Article 40 second read

Alimlər yeni antibiotik aşkarladılar



Bakterial infeksiyaların müalicəsi metodunun axtarışları zamanı alimlər tərəfindən yeni antibiotik aşkarlanıb.
Həyata keçirilən analizlər təxminən insanların 30 faizinin burun boşluğunda qızılı stafilokokkun bakteriyalarının yaşadığını göstərib.

Qeyd edək ki, bu bakteriyanın antibiotiklərə qarşı ən dayanıqlı olan metisillin-rezistent qızılı stafilokokk növü bütün dünyada sağlamlıq üçün böyük təhlükə daşıyır. Bununla yanaşı, alimlər burun boşluğunda yaşayan Staphylococcus lugdenensis adlı başqa bakteriyaya da rast gəliblər. Onlar iddia edirlər ki, məhz bu bakteriya öz antibiotikini ifraz edərək bəzi insanlarda stafilokokkun yayılmasının qarşısını alır.

Tyubinqen Universitetinin mikrobioloq alimi Andreas Peşel və onun həmkarları “luqdunin” adlandırdıqları bu yeni antibiotiki qızılı stafilokokka yoluxmuş gəmiricilər üzərində testdən keçirərək uğurlu nəticə əldə ediblər. Onlar antibiotikin bakteriya ilə səmərəli mübarizə apardığını müəyyənləşdiriblər.(Azərtac )

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: