Now Reading:
Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər
Full Article 40 second read

Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər



Rusiyanın Tomsk Dövlət Universitetinin (TDU) İnnovasiya texnologiyaları fakültəsinin əməkdaşları Bolqarıstanın “PulslightLtd” şirkətinin alimləri ilə birgə çoxdalğalı “MLM-01” lazerini icad ediblər.

Moderator.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Lazer metalların – mis, strons, kalsium və barium bromidi buxarlarında işləyir. Onun funksional xarakteristikası aktiv mühitlə müəyyən olunur ki, qurğunun işlədiyi dalğa diapazon da məhz bundan asılıdır.

“İş mühiti kimi barium istifadə olunan lazer görünməyən 1,5-3 mikron diapazonunda şüa saçır. Bu cür şüanı qeydiyyat sistemləri yaxşı “görürlər”, lakin şüa pilotun gözünü kor etmir”, – deyə məlumatda bildirilir.

Lazerdən mikroskoplarda və şüa gücləndiricilərində, eləcə də dermatologiyada dəri patologiyalarının müalicəsində istifadə etmək olar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: