Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Alim: Quranda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur

Müqəddəs kitabımızda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur.

Quran termini olaraq bu, 7 ayədə keçir, “pərdə”, “örtük” anlamında işlənir və bu ayələrin heç birində qadınların baş örtüyünə aid heç nəyə işarə yoxdur.
Bu barədə “Qurani-Kərim” bilicilərindən olan Nəriman Qasımoğlu inform.az saytına müsahibəsində deyib.
“Məsələn, ayələrin birində Rəbbimiz buyurur: “Yalnızca bir vəhy ilə, yaxud pərdə (mətnin əslində – “hicab”) dalından danışar bəşərlə Tanrı” (“Şura” surəsi, 51-ci ayə). Bir növ müqəddəslik məzmununda olan bu pərdəni, necə deyərlər, qadın başına bağlamaqla nə istəyir mövhumat üləması?
Əlbəttə, aydındır ki, məqsəd qadınları əsarətdə saxlamağın bir vasitəsi kimi düşünülüb – baş örtüyünə süni olaraq, saxta olaraq müqəddəslik qazandırmaq cəhdi ilə bu örtük məsələsini əbədiləşdirmək, toxunulmaz elan etmək”, – o deyib.
Onun sözlərinə görə, hicabı baş örtüyünə aid etmək olmaz.
“O ki, qaldı müsəlman qadınların baş örtüyünə, çalışırlar bu ayəyə istinad etsinlər: “fəlyadrubnə bixumurihinnə alə cuyubihinnə”. Hərfən tərcüməsi belədir: “Örtüklərini vursunlar döşlərinə”. Burada işlənən örtüyü “baş örtüyü” kimi qəbul edib deyirlər ki, qadınların baş örtüyü döşlərinin üstünü örtməlidir.
Absurd izahdır. Birincisi, sözün mütləq mənası “örtük”dür sadəcə, “baş örtüyü” deyil. Bu sonuncunu isə “ürfi mənada” işlədirlər, yəni ənənəyə salıb işlədirlər. Ümumiyyətlə isə, qadınların baş örtüyü məsələsi bütün dinlərin təcrübəsində var. Əslində bunun da kökü qədim mədəniyyətlərə gedir və dinlərin mahiyyətilə bağlılığı yoxdur. Bir daha təkrar edim ki, Quranda “başınızı və ya saçlarınızı örtün” deyə imperativ bir təlqin yer almır”, – Nəriman Qasımoğlu deyib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Öskürəyə qarşı xalq təbabəti

%d bloqqer bunu bəyənir: