Now Reading:
Alim Qasımov vəhabi iddiasına cavab verdi: “Allaha inanıram, vəssalam”
Full Article 40 second read

Alim Qasımov vəhabi iddiasına cavab verdi: “Allaha inanıram, vəssalam”



Xalq artisti Alim Qasımov haqqında səsləndirilən vəhabi iddiasına cavab verib

Sənətkar Ölkə.Az-a açıqlamasında sosial şəbəkədə yazılanları təbəssümlə qarşılayıb:

“Müsəlmanam, Allaha inanıram, vəssalam”.

Xatırladaq ki, Qasımovun ustad aşıq Ədalət Nəsibovla deyişməsinin altında xalq artistinin vəhabi olması barədə Elnur Qurbanov adlı şəxs iddia irəli sürülmüşdü:

“2011-ci ildə bir yerdə işləyirdim. Orada bir oğlan vardı, vəhabi idi. Həmişə o oğlanın yanına bir nəfər gəlirdi. Məlum oldu ki, bu adam Alim Qasımovun sürücüsüdür, özü də vəhabidir. Həmin iş yoldaşım mənə dedi ki, bu oğlan da, Alim müəllim də vəhabidir. O gün də Alim Qasımovun azan verməyini gördüm. Azanda Əli sözünü işlətmədi. Bax belə…”

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: