Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ali Məhkəmə Müsavat başqanı müavininin cəzasını azaltdı

Bu gün Ali Məhkəmədə Müsavat Partiyasının üzvü Sirac Kərimli və qardaşı Fərəc Kərimlinin kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. F.Kərimlinin isə 234.4.3-cü maddəsi 234.1-ci maddəyə tövsif olunub. Onun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, S.Kərimli 2014-cü ilin iyul ayının 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunub. Ötən il mart ayının 16-da S.Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Müsavat Partiyasının üzvü apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. S.Kərimli həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, bu il Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında S.Kərimli əfv olunub. Onun qardaşı, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli də ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Təhlükəli virusun pulsuz müayinəsinə başlanıldı

%d bloqqer bunu bəyənir: