Now Reading:
Ali Məhkəmənin sədri dollar kreditləri haqda: “İNSAN HÜQUQLARINA ZİDDİR”
Full Article 30 second read

Ali Məhkəmənin sədri dollar kreditləri haqda: “İNSAN HÜQUQLARINA ZİDDİR”



ramiz-rzayev“Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla bağlı kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: “Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”.

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R. Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.(APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: