Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Albalı şirəsi – Ürək, qan və oynaqlar üçün faydalı

Albalı şirəsi faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində A, C, E, P, B qrupu, fol turşusu kimi vitaminlər, kalsium, kalium, maqnezium, fosfor, dəmir kimi minerallar var.

Həmçinin albalı şirəsi antioksidantlar, orqanik turşular, kumarin, antosian və pektinlər, büzücü maddələrlə zəngindir.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, albalı şirəsi müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunur.

Albalı şirəsinin müalicəvi xüsusiyyətləri:

– Dəmir, mis və fol turşusu ilə zəngin olan albalı şirəsi qanın tərkibinə çox müsbət təsir edir. Bu səbəbdən albalı şirəsi qanazlığının müalicəsində və profilaktikasında geniş istifadə olunur.

– Hamilə qadınlar və uşaqlar üçün çox faydalıdır.

– İltihab və mikrobəleyhinə təsirə malikdir.

– Ürək-damar sisteminə müsbət təsir edir – damarları möhkəmləndirir, daha elastik edir, arterial təzyiqi və qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır. Kardioloqlar pasientlərinə hər gün 1/2-1 stəkan albalı şirəsi qəbul etməyi tövsiyə edirlər.

– Şəkərli diabetdən əziyyət çəkənlərə kömək edir – qanda şəkərin səviyyəsini aşağı salır.

– İnfarkt və insult keçirmiş insanlar üçün faydalıdır, orqanizmin bərpasına kömək edir.

– Antioksidantlarla zəngin olan albalı şirəsi xərçəng əleyhinə təsirə malikdir.

– Yorğunluğu və baş ağrılarını azaldır, sakitləşdirir, yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir, yaddaşı möhkəmləndirir.

– Podaqra zamanı yaxşı kömək edir. Qanda podaqraya səbəb olan uratların (sidik turşusu) səviyyəsini aşağı salır.

– Oynaqların sağlamlığını qoruyur. Artritin profilaktik vasitəsi sayılır.

– Maddələr mübadiləsi prosseslərinə müsbət təsir edir, arıqlamağa kömək edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Günün qoroskopu: Maneələr sizi qorxutmasın

%d bloqqer bunu bəyənir: