Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Al-Nusra Cəbhəsinin Suriyadakı komandiri öldürülüb

Al-Qaeda-ya bağlı Suriya qruplaşmasının bu ölkədəki hərbi komandiri hava zərbəsində qətlə yetirilib.

Əvvəl Al-Nusra Cəbhəsi, indi isə Fateh al-Sham Cəbhəsi adlanan qrup “Twitter” sosial şəbəkəsində yazıb ki, Abu Omar Saraqeb Hələb yaxınlığında vurulub. Həmin qruplaşma burada Suriya ordusu və İranın dəstəklədiyi şiə yaraqlılara qarşı savaşda əsas rol oynayır.

Suriya İnsan Haqları təşkilatı da Saraqeb-in, eləcə də Abu Muslem al-Shamid adlı daha bir üsyançı komandirin öldürüldüyünü bildirib.

Nusra Cəbhəsi iyulun 1-də adını dəyişdiyini və Al-Qaeda ilə münasibətlərə son qoyduğunu bildirib. Amma Vaşinqtonla Moskva bu dəyişikliyi kosmetik sayıblar. Onlar həmin qruplaşmaya hələ də terrorçu təşkilat kimi baxır, ona hava zərbələri endirirlər. Amma Nusra komandirlərinin Rusiya, ABŞ, yaxud Suriya qüvvələrinin hava zərbəsində vurulduğu bəlli deyil.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dünya güclərindən nüvə sınağına sərt reaksiya – “Ciddi addımlar atılacaq”

%d bloqqer bunu bəyənir: