24 saat

Aktrisanın ad günündə məşhur rejissorumuzun ürəyi dayandı


Aktrisa Nahidə Orucovanın şad gününə vay düşüb. Criminal.az saytı xəbər verir ki, aktirisanın bu dəqiqələrdə Bakıdakı restoranlardan birində keçirdiyi ad günündə məşhur rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Məclis başlamamış, bir neçə dəqiqə əvvəl masa arxasında əyləşən rejissorun halı pisləşib və keçinib. Təcili yardım briqadası gəlsə də, onun ölümünü təsdiqləməkdən başqa çarəsi qalmayıb.

Ə.Kazımovski uzun müddət AzTv-də çalışıb. Son zamanlar isə ANS telekanalında işləyirdi.

O, məşhur rejissor Rauf Kazımovskinin oğlu idi.

Allah rəhmət eləsin!

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: