Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aksiyalar hakimiyyəti narahat edib

Devalvasiya qərarı hələlik təxirə salınıb

Azərbaycan hakimiyyəti kütləvi aksiyalardan narahat olub. Milli Şura hələ sentyabr 11-nə planlaşdırdığı aksiyanı keçirməmişdən əvvəl hakimiyyət nümayəndələri müəyyən addımıar atdılar. Mitinqə süni əngəllər yaradılması ilə bağlı görülən tədbirləri bir kənara qoyuruq.  Söhbət mitinq ərəfəsində dolların cüzi də olsa ucuzlaşması, siqaretin qiymətinin aşağı salınmasından gedir. Ekspertlərin fikrincə, hakimiyyət mitinq ərəfəsində bu addımları atmaqla müəyyən qədər narazılığın qarşısını almağı düşünürdü. Lakin bu effekt vermədi. Mitinqdən sonra isə hakimiyyət nəzarətində olan media orqanlarına aksilarlar bağlı qara piar aparılması barədə göstəriş verilib.

Milli Şuranın növbəti aksiyası sentyabrın 17-də keçiriləcək.  Bir gün sonra isə Müsavat Partiyası aksiyası olacaq. Cəmiyyətdən bu aksiyalara ciddi dəstək var. “Azadlıq”a sızan xəbərə görə, hakimiyyət aksiyalar bitənə qədər devalvasiya qərarını təxirə salıb. Əgər cəmiyyət ciddi dirəniş göstərəcəksə, iqtidar hətta ciddi islahatlara gedə bilər. Əks təqdirdə ənənəvi siyasi kurs davam edəcək.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Rövşən Lənkəranskini öldürən şəxsin fotosu yayıldı – FOTO

%d bloqqer bunu bəyənir: