Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aksiya keçirən şikayətçini aldadıblar

Yusif Əmirov: “Söz verdilər, amma Ramiz Rzayev meni qəbul etmədi”

Əsassız olaraq məhkum olunması və ibtidai istintaq zamanı ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi barədə Ali Məhkəməyə şikayət edən Əmirov Yusif Abbas oğlunu bu qurumun sədri Ramiz Rzayev qəbul etməyib.
Bu barədə “Bizim Yol”-a Y.Əmirovun özü məlumat verib.
“Ötən həftə burada aksiya keçirəndə mənə bildirildi ki, avqustun 29-da, həftənin bazar ertəsi günü məni  Ali Məhkəmənin sədri Ramiz Rzayev qəbul edəcək. Mən də bu gün gəldim, amma məni qəbula buraxmadılar”,-deyə Yusif Əmirov bildirib.
O vurğulayır ki, hüququnun pozulması ilə bağlı Prezident İlham Əliyevə etdiyi müraciətə Baş Prokurorluqda istintaq nəzarət idarəsinin rəis müavini Qabil Qasımov cavab verib.
Həmin cavabda bildirilir: “1997-ci ildə Şərur rayon polis şöbəsinin əməkdaşları tərəfindən əsassız olaraq tutulmağınız, işgəncə verilməklə Rüstəmov Heydər Baba oğlunu öldürməniz barədə etirafedici sənədlərə imza etməyə məcbur edilməyiniz, həmin dövrdə Şərur rayon polis şöbəsinin rəisi işləmiş Salman Vəliyevin tapşırığı ilə polislər tərəfindən mütəmadi döyülməniz, polis şöbəsinin müvəqqəti saxlama yerində qanunsuz saxlanmağınız haqqında Naxçıvan Muxtar Respublikasında araşdırma aparılıb. Müraciətinizdə polis əməkdaşları barədə göstərdiyiniz xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib”.
Yusif Əmirov bildirir ki, Ordubad Rayon Xalq Məhkəməsinin  16 iyun 1998-ci il tarixli hökmünə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilib.  Amma 10 ildən sonra azadlığa buraxılıb.
Şikayətçi ona bəraətin verilməsini və polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı ədalətli araşdırmanın aparılmasını tələb edir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“O qədər balqabağam ki, silahı orada saxlayım?” – Azad Cavadov

%d bloqqer bunu bəyənir: