Loading...
Loading...

“Akkord”un əli aşağıymış…

Korporasiya ötən illə 2014-cü ilin nəticələrinə görə mənfəət vergisi ödəməyib

Aərbaycanın ən iri inşaat və istehsal qruplarından olan «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti ötən il 21 milyon 776,5 min manat mənfəət qazanıb. Di gəl, bu gün – iyulun 25-də açıqlanan hesabatdan görünür ki, şirkət istər ötən il, istərsə 2014-cü ildə mənfəət vergisi ödəməyib.

Ötən il bir əvvəlki ildən də az…

Ana şirkət və təsisçisi olduğu 14 kommersiya qurumunun birləşdirilmiş maliyyə hesabtına görə, 2015-ci ildə əsas fəaliyyət növləri üzrə gəlirlər təxminən 4 dəfə azalaraq 39,1 milyon manat olub. Xərclər nəzərə alınmaqla 12,5 milyon manat həcmində, əvvəlki ildəkindən 40,4 milyon manat az, mənfəət götürülüb. «Akkord» sözügedən zaman dilimində mənbəyi açıqlanmayan 56,6 milyon manatlıq başqa gəlirlər də əldə edib. Ancaq kredit borcları üzrə ödəmələr (35 milyon manat) korporasiyanın mənfəətini 21,7 milyon manata endirib. Bir il öncə isə «Akkord» 19,9 milyon manat mənfəət götürmüşdü.

«Akkord»un 2 səhmdarı var

2016-cı ilin əvvəlinə «Akkord» korporasiyasının aktivləri 755,5 milyon manata çatıb. Bu bir il əvvəlkindən 7,2 faiz çoxdur. Öhdəliklər 580 milyon manatı aşır.

Hesabatda göstərilir ki, aktivlərin 175,3 milyon manatı səhmdarlara məxsusdur. Korporasiyanın 2 səhmdarı var.

«Akkord»un səhmdarları «VIP Estate» MMC (51 faiz) və 37 yaşlı Dərya Müsəllim oğlu Vəliyevdir (49 faiz). Rəsmi hesabatlara görə, qrup Əşrəf Kamil oğlu Kamilovun nəzarətindədir. Bu şəxs bir çox digər iri holdinq qurumlarına, o cümlədən «Synergy Group» MMC-yə də nəzarət edir.

2014-2015-ci illərdə «Akkord STİK» ASC-yə məxsus bir çox istehsal müəssisəsi onun tərkibindən çıxarılıb. İndi bu səhmdar cəmiyyəti birbaşa 14 şirkətə göz qoyur. Söhbət bu şirkətlərdən gedir:

«Akkord»un nəzarətindəki şirkətlər

«Akkord Hydrotechnical Construction Company», «Akkord Kərpic», «Akkord Tekstil», «Property Investments», «Körpü Tunel Tikinti», «Caspian İndustry and Construction Services», «Accopen», «Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi» və «Akkord Nəqliyyat» MMC-lər, eləcə də 5 mənzil-tikinti

kooperativləridir («Mərdəkan Bağları», «Biləcəri Bazalt», «Badamdar Kanion», «Yeni Xocahəsən» və «Novxanı Parkı»).

Azı, 6 ölkədə filial və nümayəndəliyi olan «Akkord» korporasiyası sahiblərinin nəzarətində daha bir neçə şirkət də var. Bunlar («Qazax Sement Zavodu», «Akkord Asfalt», «Akkord Beton», «Akkord Ceneral Construction», «Akkord Mərmər Qranit», «Akkord Prefabrik», «Akkord Qum», «Akkord Qranit», «Akkord Steel Construction Company», «Akkord Təlim və Tədris Mərkəzi», «Akkord Azər-Yurd» «Akkord Okan BM») əsasən, Bakı şəhəri, Abşeron və Qazax rayonları ərazisində fəaliyyət göstərir.

Hələ hamısı deyil?

Əvvəlki hesabatlarda korporasiyanın başqa şirkətlərdə də («Sunrice Travel», «AM», «Kanion», «Golden Stoun Sement», «Fasade Technologies», «Alfa Design» MMC-lər və s.), üstəlik, ən azı, 6 ASC-də də pay sahibi olduğu bildirilirdi.

Hafiz Babalı

Azadlıq Radiosu

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bağlanan 4 bankın əmanətçilərinə kompensasiya veriləcək – 1 AVQUSTDAN

%d bloqqer bunu bəyənir: