Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

«Akkord» tikdiyi binada ölüm akkordları… – FOTOLAR

Sakinlər liftlərin qəzalı vəziyyətdə olduğunu, rəhbərliyin tədbir görmədiyini bildirirlər

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 25/95-də işna etdiyi binada liftlər qəzalı vəziyyətdədir. Bu durum sakinlərin həyatını təhlükəyi atır.
Bu barədə Bakıxanov qəsəbəsində yerləşən “Akkord Uğur” Yaşayış Kompleksinin bir qrup sakininin dövlət başçısına ünvanlanan müraciətdə bildirilir. Müraciətdə qeyd olunur ki, 8 minə yaxın sakinin yaşadığı yaşayış kompleksi yeddi il əvvəl tikilib. Binalar təhvil verilməsə də, burada tam yaşayış var.
“Liftlərə xidmət göstərilmədiyi üçün qəzalı vəziyyətdədir. Hər an liftlərin trosu qırıla bilər. “Akkord” binanın istismar qaydalarını pozur.  Həyatımızın təhlükədə olması ilə bağlı tikinti şirkətinin rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətlər etmişik. Amma müraciətimizə baxan yoxdur”,-deyə sakinlərin müraciətində bildirilib.
Müraciətdə qeyd olunur ki, bəzən liftin trosları qırılıb, xoşbəxtlikdən liftdə insan olmadığı üçün bədbəxt hadisə baş verməyib. Problem bununla bitmir. Binanın fasadları da uçub tökülür. Sakinlər xəsarət almasa da, onların avtomobilinə zərər dəyib.
Xidmətin bərbad olması səbəbindən bir qrup sakin “Akkord Uğur” Yaşayış Kompleksinə kommunal ödənişləri verməkdən imtina ediblər.
Sakinlərin şikayəti ilə bağlı “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin mövqe öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Belə ki, şirkətə məxsus telefon nömrəsinə (+994 12 404 77 77) etdiyimiz zənglər cavabsız qaldı.
 bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ölkə başçısına Ədliyyə və Səhiyyə Nazirliyindən ŞİKAYƏT…

%d bloqqer bunu bəyənir: