Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akim Bədəlovun büdcə talanı yoxlanacaq – Faktlar

Hesablama Palatasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində audit yoxlaması gözlənilir.

24saat.org-un əldə etdiyi məlumata görə, şirkətin sədri Akim Bədəlovun dövlət vəsaitlərini mənimsəməsi artıq ölkə rəhbərliyinin də diqqətinə çatdırılıb. Bu yoxlamaların ardınca daha konkret faktlar aşkarlanacağı xəbər verilir.

Akim Bədəlovun balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini saxta notarial sənədlərlə ələ keçirməsi də hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağı istinsa olunmur. Bu iddianı mətbuata mərhum Tofiq İsmayılovun qızı Səbinə Simayılova açıqlamışdı. Tofiq İsmayılovun ailəsi dəfələrlə məhkəməyə müraciətlər etsə də sonda Akim Bədəlov qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəstəyi ilə problem “yoluna” qoya bilib. Qeyd olunur ki, Akim Bədəlov birinci devalyasiyadan sonra bu ilin aprel ayında Bakı şəhərindəki topraq sahələrini, evlərini və obyektlərini sataraq ölkədən çıxardıb. Bu xəbərlərin meydana çıxmasından sonra A.Bədəlovun qırmızı xətti keçdiyi bildirilir və Hesablama Palatasının şirkətin büdcə vəsaitlərini necə xərcləməsi zərurəti yaranıb. Bu baxımdan Bədəlov üçün çətin bir proses başlayıb. Mənbə Agentlik sədrinin pullarını bacısı oğlanları “Azalternativenerji” MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyevlə birgə Türkiyəyə və Avropa ölkələrinin birinə yerləşdirdiyini iddia edir. Belə ki, agentlik sədri bacısı oğlanları ilə birlikdə Türkiyədə turizm şirkəti yaratmaqla bərabər həm də bu ölkənin İstanbul şəhərində bir neçə ev, villa və dükanlar alıb. Bədəlovlar ölkədən çıxartdığı vəsaitin böyük hissəsini isə Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer ediblər. Hazırda London şəhərində Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətin olduğu deyilir. Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərinida satışa çıxartdığı deyilir. Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Google da messencer hazırladı – ViDEO

%d bloqqer bunu bəyənir: