Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Nağı erməniləri döyüşə çağırdı – BƏYANAT

“Qarabağ Azadlıq Təşkilatı ermənilərin guya 1000 nəfərlik könüllülər dəstəsi ilə Azərbaycana qarşı müharibəyə başlayacaqlarına dair yayılan məlumatlara şübhə ilə yanaşır və erməni təbliğatının və özünü reklamın növbəti təzahürü kimi dəyərləndirir.

Ermənilər aprel məğlubiyyətindən sonra ordularının gücsüzlüyünü, cəmiyyətlərinin ölü vəziyyətində olduğunu gizlətmək, bütün Ermənistanı bürümüş ruh düşkünlüyünü ört-basdır etmək üçün bu cür hoqqabazlıqlara əl atırlar”.

Bu barədə Qarabağ Azadlıq Təşkilatından (QAT) Modern.az-a daxil olan bəyanatda bildirlib.

Təşkilat bildirib ki, erməni toplumu və ordusu heç vaxt döyüşkənliyi ilə seçilməyib.

“Onlar həmişə ancaq dinc əhalini qətlə yetirməklə tanınıblar. 1915-1918-ci illərdə Türkiyədə, İranda, Azərbaycanda on minlərlə dinc sakini öldürüblər. Birinci Qarabağ müharibəsində də Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər yerlərdə dinc sakinləri, uşaqları, qadınları, qocaları qətlə yetirməyə gücləri çatıb. Onlar bir dəfə də olsun açıq döyüşdə qalib gəlməyiblər. Azərbaycan ərazilərini siyasi başıpozuqluğun, hərbi qüvvələrimizin hələ tam formalaşmamasının, həmçinin rusların birbaşa yardımının nəticəsi olaraq tutublar. Onların çox təriflədikləri “Arabo” batalyonu bizim heç qeyri-nizami dəstələrimizin qarşısında dayana bilmədi, darmadağın edildi.

Ermənilərin 1000 nəfərlik dəstə yaratmalarına dair iddialarına cavab olaraq bildiririk ki, Qarabağ Azadlıq Təşkilatında 3000 nəfərlik döyüşə hazır qüvvəmiz vardır. Onları istənilən vaxt, istənilən yerdə ermənilərin bu dedikləri “könüllüləri”nə qarşı çıxartmağa hazırıq. Qorxaq çaqallar kimi rusların arxasında gizləndikləri yetər, çıxsınlar qabağa, onda gücümüzü görərlər. Aprel döyüşlərindən dərs almadılarsa, onlara yenidən dərs verməyə, burunlarını əzməyə hazırıq. “İlan ulduz görməsə, ölməyəcək!” Bunlar bizim gücümüzü görməsələr, torpaqlarımızadan rədd olub getməyəcəklər. Torpaqlarımızın  azadlığı üçün, həmçinin ermənilərin hoqqabazlıqlarına son qoyulması üçün savaşdan başqa yol yoxdur!”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Gündəmi zəbt edənlər -Röya liderliyi ələ keçirdi…

%d bloqqer bunu bəyənir: