Akif Çovdarovun qurbanı istintaqın gedişatından razıdır


Fehruz Məmişov: “Müraciətimə həssaslıqla yanaşıldı…”

Laçınlı məcburi köçkün, 1992-ci ildən etibarən Masazırda məskunlaşan və fermer təsərrüfatı ilə məşğul olan Məmişov Fehruz İsa oğluna məxsus torpaqların sabiq MTN generalı Akif Çovdarov tərəfindən zorla əlindən alındığından, sahibkarın ailə üzvlərinin ciddi təzyiqlərə, işgəncələrə məruz qaldığından bəhs etmişdik. Hazırda hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı işlərlə tanış olmaq, mövcud yeniliklərdən xəbər tutmaq üçün F.Məmişovla əlaqə saxladıq.
Moderator.az-a açıqlama verən sahibkar məlum məsələ ilə bağlı istintaqın getdiyini əsas gətirərək ətraflı açıqlama verməkdn imtina etsə də, işin gedişatından razı olduğunu vurğuladı:
“Mən hər şeydən öncə müraciətimə həssaslıqla yanaşdığı üçün Baş Prokurorluğa, hörmətli Zakir Qaralov cənablarına öz minnətdarlığımı bildirirəm. Adıçəkilən qurumun müraciətimizə çevik və operativ şəkildə reaksiya verməsi bütün ailə üzvlərimizin sevincinə səbəb oldu.
Hazırda istintaq getdiyi üçün məsələ ilə bağlı geniş açıqlama vermək istəmirəm. Bir tək onu demək istəyirəm ki, şikayətimizin ədalətlli məntiqi sonluqla yekunlaşacağına inanırıq. İnanırıq ki, A.Çovdarov və onun əlaltıları törətdiyi qanunsuz əməllərə görə cavab verəcək, haqqı tapdalanan, əzab və məhrumiyyətlərə məruz qalan bütün insanların haqqı bərpa ediləcək, tanınacaqdır”.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Sabiq əməkdaşının ANS-ə qarşı şikayətinə baxıldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: