Loading...
Loading...
akif-covdarov-1

Akif Çovdarovun Qaraməryəm sərgüzəştləri

Sabiq general “heç nədən” plantasiya sahibinə necə çevrilib?

Ləğv edilən MTN-nin sabiq generalı, hazırda həbsdə olan Akif Çovdarovla bağlı 24saaat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, tutduğu vəzifədən istifadə edərək inzibati rıçaqları işə salan A.Çovdarov, qısa zamanda böyük fermer təsərrüfatına sahib olub. A.Çevdarovun sahibi olduğu mühüm təsərrüfatlardan biri isə Göyçay-İsmayıllı arasında, Qaraməryəm yolu adlanan yolun üzərində yerləşən üzüm plantasiyaları olub.

Mənbənin sözlərinə görə, vaxtiylə hektarlarla ərazini əhatə edən üzüm bağlarına əl qoyan general bunun üçün çox zəhmət çəkməli olmayıb. Bunun üçün sadəcə həmin üzüm bağlarının qanuni sahiblərini “yüngülvari” qorxutmaq kifayət edib və bunun ardınca həmin üzüm sahələri Çovdarovun ixtiyarına keçib.

Bilgili qaynağın sözlərinə görə, Qaraməryəm yolu üzərindəki plantasiyalarda işi yenidən, müasir aqrotexniki tələblər səviyyəsində quran MTN generalı, bu plantasiyalardan əldə edilən məhsulu daha çox Rusiya bazarına çıxarıb. Özünün nəhəng casus şəbəkəsi və geniş təsir imkanları hesabına Rusiya bazarlarında da söz sahibi olan Çovdarov, azərbaycanlıların bu bazarlara üzüm çıxarmasını əngəlləməklə əsas məhsul istehsalçısı kimi bu biznesdən külli miqdarda vəsait əldə edib.

Mənbənin sözlərinə görə, hazırda sözügedən plantasiyaya MTN generalının bəzi yaxınları gəlib-getsə də, bütövlükdə plantasiyada əvvəlki hərəkətlilik müşahidə edilmir.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sosial şəbəkələrdə Qiyas İbrahomovun həbsinə reaksiyalar belə oldu – STATUSLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: