Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarovun MTN agentlərinin kimliyini bilməsi CİNAYƏTDİR

MTN generalı bilməməli olduğu hər şeyi bilib…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ifadə vermək məcburiyyətində qalacağı təqdirdə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin bütün gizli agentlərini ifşa etmək məcburiyyəti qarşısında qalacağını bildirib. O qeyd edib ki, əgər danışmağa başlasa, Azərbaycanda biabırçı vəziyyət yaranacaq.

A.Çovdarovun məlum açıqlamasından sonra bütün media sabiq generaln dövləti təhdid etməsinə, onu agentləri deşifrə etməklə hədələməsinə diqqət çəkdi. Lakin media və cəmiyyətin gözdən qaçırdığı bir məqam var ki, bu da A.Çovdrovun MTN agentlərinin siyahısını bilməsinin nə dərəcədə qanuni olub-olmaması məsələsidir.

Maraqlıdır, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan A.Çovdarovun agentura şəbəkəsinə daxil olan şəxslərinn siyahısı ilə tanış olmaq yetkisi olubmu? Əgər olmayıbsa, o zaman sabiq MTN generalı bu agnetlərin kimliyi ilə necə tanış olub?

Məlum məsələ ilə bağlı 24saat.org-a özəl mənbədən olduqca maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, əslində A.Çovdarovun xüsusi xidmət orqanının gizli agentlərinin kimliyini bilmək səlahiyyəti olmayıb:

“A.Çovdarovun vəzifəsi rəhbəri olduğu qurumun adından da göründüyü kimi, energetika və nəqliyyatda təhlükəsiliyi təmin etmək olub. Hansı ki, buna məsul olan yetki sahibinin gizli agentlərin kimliyi ilə tanış olmaq səlahiyyəti yoxdur. Ümumiyyətlə, xüsusi xidmət orqanının həm ölkə daxilində, həm də ölkə xaricindəki agentlərinin məxfiliyi qanunla ən yüksək səviyyədə qorunmalıdır.
Belə ki, mövcud qaydalara görə, həmin agentlərin kimliyi yalnız nazir və bir də bilavasitə kəçfiyyat və əks-kəşfiyyat xidmətini həyata keçirən idarələrin rəisləri bilə bilər. Qalan şəxslərin isə rütbə və vəzifəsindən asılı olmayaraq bu siyahı ilə tanış olması qadağandır. Yəni xüsusi xidmət orqanında general rütbəsi daşımaq və ya idarə rəisi olmaq, gizli agentlərin kimliyi ilə tanış olmaq yetkisi vermir. Bu, sadəcə həmin şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq edilən bir qadağa deyil. Bu qadağa, həm də, dövləti siyasi qalmaqallardan qorumaq, onunla digər dövlətlər arasında gərginliyə yol verməmək məqsədinə xidmət edir. Dövlət bu cür agentlərin yetişdirilməsi və onların lazımi yerlərdə yerləşdirilməsi üçün xeyli miqdarda vəsait sərf edir ki, gizli agentin kimliyinin deşifrə edilməsi çoxpilləli kombinasiya nəticəsində əldə edilən nəticənin sıfırlanması deməkdir. Məhz buna görə də agentlərin kimliyi ilə tanış olmaq yetkisi çox az sayda rəhbər şəxsə verilib ki, A.Çovdarov bu qəbildən olan şəxs olmayıb.

Lakin əgər A.Çovdarovun dediyi həqiqətən də düzdürsə, yəni ona gizli agentlərin kimliyi bəllidirsə, bu, gizli agentlərin məxfiliyinin lazımınca qorunmadığından xəbər verir. Bu fakt onu göstərir ki, sabiq nazir Eldar Mahmudov bütün digər zəruri məsələlər kimi gizli agentlərin məxfiliyinin qorunması məsələsinə də barmaqarası yanaşıb və bu səbəbdən də A.Çovdarov və çox güman ki, daha bir neçə şəxs də bu agentlərin kimliyindən xəbər tutub. Bu baxımdan, öncə A.Çovdarovun agentlərin kimliyi ilə necə, hansı əsasla tanış olduğu araşdırılmalı, agentlərin məxfiliyinin qorunmasına cavabdeh olan bütün şəxslər, eləcə də E.Mahmudov məsuliyyətə cəlb edilməlidir”.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

The Washington Post Azərbaycanı kəskin tənqid edən məqalə dərc edib

%d bloqqer bunu bəyənir: