Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
covdarov-mehkeme2-300x200

Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib: “Məndən 50 min manat istədi”

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən Akif Əliyev epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib. O, da istintaqa verdiyi ifadəsini təsdiqləyib.

F.Zülfüqarov zərərçəkmiş qismində istintaqa ifadəsində deyib ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. Öüz isə şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

F.Zülfüqarov bildirib ki, 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin sabiq işçisi Akif Əliyev onu idarəyə çağırıb. Onun sözlərinə görə, A.Əliyev ondan 50 min manat istəyib: “Lakin ona 10 min manat verdim”.

***

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub. Ona görə də prosesdə 20 dəqiqəlik fasilə elan edilib.

Daha sonra “Moda” mağazası epizodu üzrə şahidlərin dindirilməsinə başlanılıb. Jurnalistlərin iştirakı olmadan baş tutan iclasda A.Çovdarov məhkəməyə üç həkimin müşayiəti ilə oksigen balonunda gətirilib. Bundan başqa, məhkəmədə Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinin baş həkimi də iştirak edir.

İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satmasını etiraf etməsi tələb olunub. Bundan sonra onu təxminən 10 saatdan artıq orada saxlayıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs edəcəkləri ilə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən A.Çovdarova MTN-də verib.

Proses hazırda davam etdirilir. (report.az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Beytulla Hüseynov: “Bütün göstərişləri rəhbərlikdən almışam”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: