Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarovun məhkəməsinə jurnalistlərin buraxılmaması məntiqlidirmi?

Arif Əliyev: “Əgər məhkəmə qapalıdırsa, media əməkdaşları ora buraxılmır, lakin…”

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sabunçu Rayon Məhkəməsinin binasında keçirilən hazırlıq iclasına media təmsilçiləri buraxılmayıb, habelə bunun səbəbi ilə bağlı jurnalistlərə heç bir açıqlama verilməyib.

Maraqlıdır, bu cür böyük ictimai maraq kəsb edən məhkəmə prosesinə jurnalistlərin buraxılmaması nə dərəcədə doğru və məntiqli bir qərardır?

Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məsələnin qanuni tərəfinin daha mühüm əhəmiyyət daşıdığını bidlirdi:

“Əgər biz məsələyə qanuni aspektdən yanaşırıqsa, deməliyəm ki, əgər məhkəmə qapalı elan olunursa, bunun üçün kifayət qədər əsas varsa, onun ictimai çəkisi böyük olsa da jurnalistlər ora buraxılmır. Bu, bir sıra hallarla bağlıdır. Bura dövlət maraqları və s. daxildir. Lakin konkret bu məsələdə həmin o əsaslar mənə bəli omadığı üçün, mən A.Çovdarovun məhkəmə prosesinə jurnalistlərin buraxılmamasının nə dərəcədə qanuni və düzgün olub-olmadığını dəqiq deyə bilmərəm”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Almaniya Qarabağ münaqişəsinin həllinə yardımçı olmağa hazırdır”

%d bloqqer bunu bəyənir: