Loading...
Loading...

Akif Çovdarovun məhkəməsi başlanır

Sabunçu Rayon Məhkəməsində keçmiş MTN-nin idarə rəisi Akif Çovdarov, eləcə də, Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun işi üzrə məhkəmə prosesi başlayır. Sentyabrın 20-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesinə Həbib Həsənov sədrlik edir.

Prosesə jurnalistlər buraxılmır. Məhkəmədəki mühafizəçi polislər və nəzarətçilər jurnalistlərin buraxılmaması barədə göstəriş verildiyini deyirlər.

Prosesdə iştirak edən vəkillərin də telefonları alınıb.

Qeyd edək ki, hətta məhkəmə prosesi qapalı keçirilsə belə, hazırlıq iclası mütləq açıq olmalı, istənilən şəxs iştirak edə bilməlidir.

A.Çovdarov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub.

Ötən ilin dekabrında nazirlik ləğv edilib, bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aparıcı Zaur Baxşəliyev qəza keçirtdi, boynu… FOTO

Loading...
%d bloqqer bunu bəyənir: