Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Akif Çovdarovun məhkəməsi açıq keçirilməlidir ki, hər kəsə görk olsun”

 

Mahmud Hacıyev: “Məhkəmənin qapalı keçirilməsi üçün əsas yoxdur”

Sabiq MTN generalı Akif Çovdarovun yaxın günlərdə keçiriləcək məhkəmə prosesi ictimaiyyət tərəfindən maraqla gözlənilməkdədir. Artıq indidən həmin prosesin açıq, yaxud qapalı keçiriləcəyi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev A.Çovdarovun məhkəmə prosesinin qapalı keçirilməsi üçün heç bir ciddi əsas olmadığını vurğuladı:

“KİV-də bəzi hüquq müdafiəçilərinin məsələ ilə bağlı fikirləri ilə tanış oldum. Hansı ki, onlar bu məhkəmənin qapalı keçirilməsini daha məqsədəuyğun olduğunu iddia edirdi. Halbuki, A.Çovdarovun məhkəmə prosesi açıq şəkildə keçirilməlidir. Burada qapalı keçirilməsi üçün heç bir əsas yoxdur. Adətən məhkəmələrin qapalı keçirilməsi müəyyən nüanslarla bağlıdır. Məsələn, cinsi münasibətlər sahəsində edilən cinayətlər olur, tutaq ki, yetkinlik yaşına çatmayan hər hansı bir yeniyetmə ilə bağlı cinsi münasibətlər zəminində cinayət olur. Belə hallarda məhkəmə qapalı keçirilir. Çovdarovun məhkəməsi ilə bağlı isə vəziyyət fərqlidir. Bu məhkəmənin qapalı keçirilməsinə lüzum yoxdur. Onun əməlləri hansısa dövlət sirrini yaymaqla bağlı deyil. Bu əməllər kimlərisə qanunsuz yerə həbs etdirmək, şantaj etmək, rüşvət almaq, rüşvət vermək və s. ilə bağlıdır. Bu məhkəmənin qapalı keçirilməsinə gərək yoxdur. Əksinə, bu məhkəməni açıq keçirmək lazımdır ki, digərləri üçün görk olsun. Profilaktiki tədbir kimi də məhkəmənin açıq keçirilməsi məqsədəuyğundur”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“ATV xəbər” reportajlarını efirə verə bilmədi – KURYOZ

%d bloqqer bunu bəyənir: