Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
95996-6

“Akif Çovdarovun keçmiş əməlləri ilə indiki hərəkətləri tərs mütənasibdir”

Müzəffər Baxışov: “Onun kimi adamlara inanmaq çətindir”

Sabiq MTN generalı Akif Çovdarovun son məhkəmə prosesinə oksigen balonu ilə gətirilməsi, onun uzanıqlı şəkildə ifadə verməsi ölkə mediasında fərqli fikirlərə yol açıb. Bəziləri hesab edir ki, törətdiyi əməllərin ağırlığına baxmayaraq, oksigen balonuna möhtac bir şəxsi o vəziyyətdə məhkəmə zalına gətirmək düzgün deyil.

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən Müzəffər Baxışov A.Çovdarov və bu qəbildən olan şəxslərə inanmağın çətin olduğunu, onun əvvəlki və indiki hərəkətləri arasında ciddi təzad müşahidə edildiyini vurğuladı:

“Əgər həqiqətən də A.Çovdarovun nəfəs almaq üçün oksigen balonuna ehtiyacı varsa, deməli onun xəstəliyi ağır xəstəliklər kateqoriyasına daxildir. Belə olan halda ona ayrılan icraat ən azı 30 gün müddətinə dayandırılmalıdır. Yox əgər müəyyən eləsələr ki, 30 gün müddətində onun sağalması mümkün deyil, onunla bağlı icraat dayanmalı və digər şəxslərin işi ayrıca icraata ayrılmalıdır. Yəni qanun CPM-nin 321-ci maddəsi bu məsələləri tənzəmləyir. Lakin mən bu məsələnin mahiyyətini bilmirəm. Ola bilsin ki, hakimlərdə bu barədə məlumat yoxdur və ya onlar düşünür ki, ortada imitasiya ola bilər. Çünki hərt şeyə də inanmaq olmur. A.Çovdarov kimi adamlara inanmaq çətindir. Çünki onun əvvəlki əməlləri ilə indiki hərəkətləri tərs mütənasiblik təşkil edir.

Amma bütün bunlara baxmayaraq, törətdiyi cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, ictimaiyyət arasında mənfi imicə sahib olmasına baxmayaraq o, həqiqətən də  xəstədirsə, o zaman onun səhhətinin həqiqi vəziyyətini müəyyənləşdirmək üçün həkim-ekspert qrupu yaradılmalı, onların rəyinə uyğun olaraq addım atılmalıdır”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Deputat maaşı məni də qane etmir, amma…” – Fazil Mustafa

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: