Now Reading:
Akif Çovdarovun istixanası əlindən alındı
Full Article 50 second read

Akif Çovdarovun istixanası əlindən alındı



MTN generalının Masazırdakı ixtixanasına rəsmi şəkildə əl qoyuldu

Sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı məşhur “parnik”lərinə 3 gün bunan öncə rəsmi şəkildə əl qoyulub.

Son həftələrə qədər Çovdarovun ailəsinə məxsus olan parniklərə həbsdə olan generalın oğlu nəzarət edib. Mütəmadi surətdə 10 DD 808 dövlət-nömrə nişanlı “Leksus” markalı avtomobillə parnikə gəlib-gedən general oğlu istixananın fəaliyyətini diqqət mərkəzində saxlayıb.

Lakin bir neçə gün bundan öncə parniklərə dövlət səviyyəsində əl qoyulub və bununla da içərisində gizli həbsxananın olduğu iddia edilən parniklər A.Çovdarovun ailəsinin nəzarətindən çıxıb.

Bilgili qaynağın sözlərinə görə, parniklər üzərində dövlət nəzarətinin tətbiq edildiyi gün A.Çovdarovun istixanadakı əməkdaşları ilə bağlı “vida mərasimi” keçirilib. Belə ki, parnikin bütün şəxsi heyətini düz xətt boyunca sıraya düzən dövlət yetkililəri onları yeni işçilərin əvəzləyəcəyini bildirib və işdən azad olunduqlarını elan edib.

Mənbə hazırda məhsul yığımı ərəfəsində olan parnikdə işin fasiləsiz surətdə davam etdiyini də bildirib. (Moderator.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: