Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarovun işi məhkəməyə göndərildi

Əyyub Kərim: «Böyük ajiotaj yaratmamaq üçün bu işi ayrıca icraata veriblər»

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan 4 yüksək vəzifəli əməkdaşının cinayət işi ayrıca icraata verilib. “Report”un yaydığı məlumata görə, bunlar keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovdur.

Artıq həmin şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim hesab edir ki, Akif Çovdarov və digər sabiq ”mtnçilər”in işində böyük ajiotaj yaratmamaq üçün bu işi ayrıca icraata veriblər. Sonra isə onların işi hissə-hissə məhkəməyə göndəriləcək. O güman edir ki, Akif Çovdarovla bərabər, böyük bir dəstənin eyni vaxtda məhkəmə qarşısına çıxarılması lazım deyil: “Bu cür böyük iş birlikdə deyil, hissə-hissə olanda məhkəmədə rahatlıq yaranır. Akif Çovdarovla bağlı məsələdə ola bilər ki, gözləmə mövqeyi nümayiş etdirilib. Yəni elə burda da dayanmaq lazım olduğu gərəkib. Sonra işi çalışıb sürətlə məhkəməyə göndərəcəklər. Onların işinə hazırda ayrılaqda baxılması daha uyğun variantdır. Nədən ki, birdən-birə 10-15 nəfərin deyil, hissə-hissə məhkəmə qarşısına çıxarılması daha uyğundur. Sonra da digərlərinin məsələsinə baxılması məsləhət görülüb”.

Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

A.Çovdarov və digərləri barəsində Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qənirə Paşayeva Latviyanın sabiq baş naziri ilə görüşdü

%d bloqqer bunu bəyənir: