Loading...
Loading...

Akif Çovdarovun intihara təşəbbüs etdiyi ilə bağlı xəbər təsdiqini tapır

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.

24saat.org-un Trend-ə istinadən məlumatına görə, bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.

TƏCİLİ: Akif Çovdarovun intihar etdiyi bildirilir

Məlumatda bildirilir ki, A.Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.

Xəbərdə bildirilir ki, hazırda həbsdə olan generallar – Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər – Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.

Xatırladaq ki,  MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı özəl xəbər ilk dəfə 24saat.org saytında yayımlanıb və Ədliyyə Nazirliyi xəbəri təkzib edib.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı” – Smart kartlar “öz-özünə” niyə koda düşür?

Loading...
%d bloqqer bunu bəyənir: