Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarovun daha bir nəhəng obyekti üzə çıxdı

Ləğv olunan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun daha bir obyekti üzə çıxıb.

Sabiq MTN generalının inşa etdirdiyi binalardan birinin də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mkr ərazisində yerləşdiyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, Abay Kunanbayev küçəsində, keçmiş Bolluq bazarının qarşısında yerləşən binanın tikintisi Çovdarovun həbsindən dərhal sonra dayandırılıb.

Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub.

Qonşuların dediklərinə görə, bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində insanların istirahəti üçün nəzərdə tutulmuş park ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib.

Nədənsə, Binəqədi Rayon İcra Hakimiyyəti də həmin vaxtda bu qədər ağacın kəsilməsinə heç bir reaksiya verməyib, ya da reaksiya verə bilməyib, bu məlum deyil. Hər halda 120-dən çox ağacın kəsilməsi və yaşıllığın məhv edilməsi faktdır.

Məlumatlara görə, Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Amma bu addımı da Çovdarovu kimisə aldatmağa imkan verməyib. O həbs edilən kimi tikintidə işlər dayandırılıb.

Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil.(Avropa.info)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycanlı transın bu videosuna gələn şərhlər hər kəsi təəcübləndirdi – VİDEO

%d bloqqer bunu bəyənir: