Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
95996-3

Akif Çovdarovdan Masazır sakinlərinə “balıq ziyafəti”

Həbsdə olanb general onlarla ailəni necə sevindirdi?

Ötən gün hazırda həbsdə olan sabiq MTN generalı Aki Çovdarovun masazırdakı istixanalarına rəsmi şəkildə əl qoyulduğundan, istixanada çalışan bütün heyətin tam şəkildə yeni kollektivlə əvəzləndiyindən bəhs etmişdik.
Bu günlərdə Moderator.az-a məlum hadisə fonunda baş verənlərlə bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarovun Masazırdakı istixanasında böyük süni göl mövcud olub ki, göldən istixananın suvarılmasında istifadə olunduğu iddia olunsa da, əslində bu göldən ən bahalı balıq sortlarının saxlanılması məqsədi ilə istifadə edilib. İşin ən maraqlı tərəfi isə bu balıqların böyük əksəriyyətinin ovlanması qadağan edilən nərə və digər növ balıqlardan ibarət olması olub.
Mənbənin məlumatına görə, dövlət tərəfindən məlum istixanalara qəfildən əl qoyulduğu üçün sabiq generalın istixanadakı adamları yetkililərin gəlişindən son anda xəbər tutub. Odur ki, Çovdarov məktəbinin davamçılarının edə biləcəyi yeganə şey istixana daxilindəki göldə qanunsuz balıq saxlanılmasını yetkililərdən gizlətmək üçün göldəki balıqların əksəriyyətini nəhəng su borusu vasitəsi ilə Masazırdakı duz gölünə axıtmaq olub. Bir anda Masazırdakı duz gölü kənarının balıqla “qaynadığını” görən sakinlər çəkisi kilolarla hesablanan balıqları zənbil və kisələrlə evlərinə daşımağa başlayıb. Onlarala ailənin təmsilçisi Çovdarovun istəməyərəkdən verdiyi “nərə qonaqlığı”nda iştirak edib.
Bilgili qaynağın sözlərinə görə, istixana yetkililəri bu yolla balıqların böyük bir qismini “əldən çıxarsa”da, istixanaya əl qoyan yetkililər balqıların digər hissəsinin əşyayi-dəlil kimi yoxa çıxmasının qarşısını alıblar.
Hazırda ovlanması qadağan edilən balıqların Çovdarovun istixanasına necə yol tapdığı, bu gölün gizli fəaliyyət tarixi araşdırılır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bakıda nurçulara qarşı əməliyyat keçirildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: