Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
covdarov-mehkeme-300x181

Akif Çovdarovdan məhkəmədə təəccüblü açıqlama

Qanlı general onunla birgə tutulanlara görə niyə özünü daha böyük təhlükəyə atır?

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Prosesdə Akif Çovdarov ötən prosesdə vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina ərizəsini geri götürüb.

Çovdarovun digər vəkili Şahin Rəfiyev də prosesə qoşulub.

Çovdarov hər 3 vəkilinin onu müdafiə etməsini istəyib.

Prosesdə Çovdarovun işinə yeni qoşulan vəkili Şahin Rəfiyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəsə də, hakim bunu təmin etməyib.

Akif Çovdarovun vəkilləri eyni zamanda cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət veriblər. Eləcə də, Akif Çovdarov barəsində həbs qərarının ləğv edilməsini, barəsində ev dustaqlığının seçilməsini istəyiblər. Bu vəsatətlərin heç biri təmin edilməyib. Kamandar Nəsibov vəsatət verərək Akif Çovdarovun barəsində məhkəmə tibbi ekspertizası keçirilməsini istəyib. O, eyni zamanda bildirib ki, bu ekspertiza xaricdən gələn mütəxəssislər tərəfindən keçirilsin. Məhkəmə bunu qismən təmin edib. Belə ki, Çovdarov barəsində tibbi ekspertiza təyin olunub, yalnız bu ekspertiza yerli mütəxəssislər tərəfindən aparılacaq. Prosesdə qısa çıxış edən Akif Çovdarov bildirib ki, onunla birlikdə təqsirləndirilən şəxslərin heç biri günahı yoxdur: “Uşaqları buraxın, nə deyirsiniz edəcəm, sənədlərə də qol çəkəcəm. Bunların heç bir günahı yoxdur. Mənə də hökm oxuyun”.

Prosesdə noyabrın 21-dək fasilə elan edilib.

Akif Çovdarovun məhkəmədə səsləndirdiyi bəyanat isə müxtəlif mülahizələrə səbəb olub. Çovdarov onunla birlikdə tutulanların azadlığa buraxılmasını niyə istəyir? Axı onlar istintaqda qanlı generalın əleyhinə ifadə veriblər. Bunun müqabilində Çovdarovun onlara görə özünü daha da təhlükəyə  atmaq istəyi təəccüblü deyilmi?

Bəzi ehtimallara görə, artıq heç bir şansının qalmadığını bilən Çovdarov sadəcə özü haqqında müsbət imic formalaşdırmaq istəyir. İctimaiyyətdə barəsində yaranmış rəyi dağıtmaq məqsədi güdür.

Lakin fərqli düşünən ekspertlər də var. Onlar hesab edir ki, Akif Çovdarovun hansısa məkrli planı var. Ehtimal olunur ki, qanlı general tabeliyində olanların azadlığa buraxılmasına nail olduqdan sonra onlardan yenidən istifadə edə bilər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlqar Məmmədovun şikayətinə baxılacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: