Loading...
Loading...
106572

Akif Çovdarovdan Eldar Mahmudova “ürək borcu”

MTN generalının ürəyi sabiq nazirin Almaniyadakı klinikasında dəyişdirilib

Bu günlərdə hazırda məhkəməsi gedən MTN generalı ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, MTN generalının ürəyi vaxtiylə E.Mahmudova məxsus Almaniyadakı klinikaların birində dəyidirilib. Kifayət qədər məxfi şəkildə həyata keçirilən əməliyyatın müvəffəqiyyətlə sonlanması üçün sabiq nazirin məxsusi səy göstərdiyi, bu işə ən peşəkar cərrahları cəlb etdiyi bildirilir.

Mənbənin məlumatına görə, məlum əməliyyatdan sonra sözün həqiqi mənasında ikinci kəs həyata qovuşan A.Çovdarov, bundan sonra özünün sabiq nazirə ikiqat borclu hiss etməyə, ona daha səylə xidmət etməyə başlayıb. Köksündə yad bir ürək daşıyan generalın məhz E.Mahmudovun xüsusi etimad və dəstəyindən istifadə edərək bir çox ürəyi susdurduğu ehtimal edilir.

Məlumat üçün qeyd edək ki, son günlər mediada A.Çovdarovun bacısının adından onun ürəyinin də dəyidirildiyi ilə bağlı informasiya yayılıb:

“Akif Çovdarov iki dəfə aclıq elan edib, biləsiz! Mədəsi kəsilib götürülmüş adama aclığı necə rəva bilirlər, başa düşmürəm. Akifin öd kisəsi də yoxdu… Kəsib götürüblər.
Ürəyini də bir başqasınınkı ilə əvəzləyiblər. Bunu da bilin! Qan-damar sistemi də, Almaniyada büsbütün dəyişdirilib… Nəvələrinə yalandan deyirik, bəs baba Almaniyaya müalicəyə gedib. Bəs bir azdan qayıdıb gələcək”.

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı: “Cəmi 2 nəfər xilas ola bildik”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: