Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarova qoyulan rəsmi diaqnozlar açıqlandı

Ləğv edilmiş edilmiş MTN-də nazir müavini olan, general Akif Çovdarovda tapılmpış xəstəliklər bəlli olub.

Bu barədə Lent.az-a Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib. Vəkilin sözlərinə görə, Akif Çovdarovun səhhətində ciddi problemlər var. O, ürək xəstəliklərindən əziyyət çəkir: “Akif Çovdarova ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası kimi diaqnozlar qoyulub. Bunlar rəsmi diaqnozlardır”.

Qeyd edək ki, A.Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb. O, ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Obama Orlandoda baş verənlərin terrorçular tərəfindən planlaşdırıldığını təsdiqləməyib

%d bloqqer bunu bəyənir: