Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarov və MTN generalı “Vosmoy” bazarına da əl qoyubmuş

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarov keçmiş həmkarı, general Hilal Əsədovla birlikdə “Vosmoy” bazarı kimi tanınan “8-ci kilometr bazarı”na da əl qoyubmuş.

Bu barədə saytımızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Eldar Mahmudov dönəmində qılıncının dalı da, qabağı da kəsən A.Çovdarov H.Əsədovla birlikdə “Vosmoy” bazarını onun qanuni sahibinin əlindən almağa nail olub. Uzun illər bu bazardan külli miqdarda mənfəət əldə edən sabiq MTN generallarının gəlhagəlləri E.Mahmudovun nazir postundan qovulması ilə başa çatıb. MTN-dəki yarpaq tökümündən istifadə edən “Vosmoy” bazarının qanuni sahibi öz haqqını bərpa etmək üçün məhkəməyə müraciət edib. A.Çovdarovun həbsindən sonra məhkəmə bazar sahibinin haqlı tələbini tanıyıb və onun hüquqlarını bərpa edib.
Mənbənin sözlərinə görə, hazırda bazar sahibi bazarın əlindən alındığı dövrdə ona dəyən maddi zərərin ödənilməsi tələbi ilə növbəti dəfə məhkəməyə müraciət etmək niyyətindədir. Bu dəfəki müraciətdə əsas məqsəd dəyən zərərin ödənilməsini təmin etməklə yanaşı, dəyən mənəvi zərər görə də kompensasiya tələbini qəbul etdirməkdir.
Bilgili qaynağın sözlərinə görə, bazar sahibinin məhkəmədə belə bir iddia ilə çıxış etməsi artıq həbsdə olan və bəlkə də bütün ömrünü dəmir barmaqlıqlar arasında keçirəcək A.Çovdarov üçün heç bir şey ifadə etməsə də, H.Əsədov üçün ciddi başağrısına çevrilə bilər. Belə ki, bu, silsilə həbslər dalğasından kənarda qalan və kölgəyə çəkilərək suların durulmasını gözləyən H.Əsədovun birmənalı şəkildə güc orqanları və ictimaiyyətin hədəfinə çevrilməsi deməkdir ki, bunun da sabiq MTN generalına yaxşı heç nə vəd etmədiyi ortadadır.

P.S.Mövzunu diqqətdə saxlayacağıq.

cumhuriyyet.az

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Prokuror onun azadlığa buraxılmasını istədi

%d bloqqer bunu bəyənir: