Loading...
Loading...

“Akif Çovdarov silah gücünə mənə imtina ərizəsi yazdırdı”

 

Fehruz Məmişov: “Axı kim öz torpağından könüllü imtina edər?”

Bu günlərdə sabiq MTN generalı Akif Çovdarovla bağlı Baş Prokurorluqda ifadə verən Laçın rayonundan olan məcburi köçkün, 1992-ci ildən Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Fehruz Məmişov 24ssat.org-a açıqlamasında əlindən alnan torpaqla bağlı maraqlı məqamlara toxunub. F.Məmişovun sözlərinə görə, 2010-cu ildə sahib olduğu torpaqların bri qismini təhdid yolu ilə əlindən alan A.Çovdarov, həmin vaxt ona torpaqdan imtina ərzisəsi yazdırıb:

“Məni və ailə üzvlərimi mütəmadi surətdə təzyiqə məruz qoyandan, bizi bu torpaqlardan əl çəkməyə məcbur edəndən sonra A.Çovdarov mənə imtina ərizəsi yazdırdı. A.Çovdarovun diktəsi ilə ərizədə qeyd etməli oldum ki, guya bu torpaqları əkib-becərmək imkanımız yoxdur və məhz buna görə də həmin torpaqlardan imtina edirik. Halbuki, bizim dünən də, bu gün də o torpaqları əkib-becərmək, həmin torpaqlar üzərində yeni təsərrüfat qurmaq imkanımız olub və var. A.Çovdarov o torpaqları əlimizdən alana qədər də biz o torpaqlardan istifadə etmişik, Vergilər Nazirliyinə pul ödəmişik. Bunu A.Çovdarov da yaxşı bilirdi. Lakin o, bu imtina ərizəsini yazdırmaqla özünü qanuni baxımdan sığortalamaq istəyirdi. Lakin məlum olduğu kimi, bu gün həbsdədir və heç şübhəsiz ki, layiqli cəzasını alacaq. Onun yazdırdığı imtina ərzisəsinə gəlincə, bu ərizənin hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmədiyi yəqin ki, hər kəsə aydındır. Axı kim hektarlarla torpağından könüllü və təmənnasız şəkildə imtina edər?

Ümid edirəm ki, həm mənim, həm də A.Çovdarovun qanunsuzluğundan əziyyət çəkən digər şəxslərin şikayəti həssaslıqla araşdırılacaq və bizə dəyən ziyanın ödənilməsi təmin ediləcək”.

24saat.org

 

 

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Siyavuş Novruzov: “Milli Şura 11 sentyabr mitinqini evdə də keçirə bilər”

Loading...
%d bloqqer bunu bəyənir: