Akif Çovdarov məhkəməyə xərəkdə gətirildi


Akif Çovdarov prosesə xərəkdə gətirilib. O məhkəmədə həkim nazərəti altında iştirak edir. Sabiq MTN rəsmisi  xərəkdə uzanıqlı vəziyyətdə prosesdə iştirak edir.

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.

Vəkil Cavid Rzazadənin jurnalistlərə verdiyi məlumata görə, prosesdə bildirilib ki, A. Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Digər təqsirləndirilən şəxslər isə prosesdə iştirak edirlər. Hazırda həkimlər A. Çovdarovu müayinə etdiyindən iclasda fasilə elan olunub. (APA)

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Qiyas İbrahimov apellyasiya şikayəti verib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: