Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarov liviyalı terrorçu Əl-Meqrahi ilə müqayisə edildi – MARAQLI…

Ləğv edilmiş MTN-in sabiq idarə rəisi, həbsdə olan general Akif Çovdarovun səhhəti ilə əlaqədar azadlığa çıxmasının mümkünlüyü barədə mətbuatda yayılan informasiyalara, eyni zamanda general dünyasını dəyişərsə bildiyi dövlət sirlərinin başqası tərəfindən açıqlanması ehtimalına münasibətini öyrənmək məqsədilə.moderator.az keçmiş MTN zabiti, polkovnik – leytenant İlham İsmayıla müraciət edib.

Suallarımızı cavablandıran İ.İsmayıl fikirlərini nəzərinizə çatdırırıq:
“Qanunvericilikdə məhbusun hansı xəstəliklərə görə və xəstəliyin hansı stadiyada olmasına əsaslanaraq onun azad edilməsinə qərar verilməsi öz əksini tapıb. Akif Çovdarovun səhhətinin ağır olması ilə bağlı informasiyalar ilk vaxtlardan gündəmə gətirilsə də hələ ki, məhkumun cəza almadan azad edilməsi qərarı verilməyib. Açığı deyim ki, belə bir qararın olacağını da gözləmirəm, ona görə ki, Akif Çovdarov sıradan bir məhbus deyil, ictimaiyyətin diqqət mərkəzində olan və ağır cinayətlərdə ittiham olunan şəxsdir. Kim A.Çovdarovun ömrünə nə qədər zaman qaldığını dəqiq deyə bilər? Məhkəmə Tibb Ekspertizası belə bir məsuliyyəti boynuna götürə bilərmi? Akif Çovdarovun xəstəliyi barədə vəkilinin verdiyi məlumatlar hələ tam əsas vermir ki, o azadlığa çıxsın. Mən yaxın tarixdən bir nümunə deyim. 1988-ci ilin dekabrında Amerika sərnişin təyyarəsini liviyalı terrorçu Əl-Meqrahi Şotlandiya səmasında partlatdığına görə ömürlük həbs edilmişdi. 2009-cu ilin mayında Əl- Meqrahini prostatında xərçəng xəstəliyi olduğuna görə və şotland həkimlərin onun cəmi 3 ay ömrü qaldığına diaqnoz qoyduqlarına əsaslanaraq, eyni zamanda  mərhəmət aktı  kimi azad etdilər. Azad olduqdan sonra terrorçu 3 ay yox, 3 il yaşadı və bu olay dünyada çox söz – söhbətə, Amerika tərəfinin xüsusi narazılığına gətirib çıxardı, baxmayaraq ki, BP kimi bir şirkət də onun azad edilməsi üçün vəsatət qaldırmışdı. Fikrimin əvvəlində qeyd etdiyim kimi Akif Çovdarov ağır cinayətlərdə ittiham olunur və ictimaiyyətin, konkret olaraq onun qurbanlarının, hətta siyasi hakimiyyətin diqqət mərkəzində olan məhbusdur və ümidsiz xəstəliyə düçar olması hələ onun azad edilməsinə əsas ola bilməz. Liviyalılar Əl-Meqrahini qəhrəman kimi qarşıladılar. Çovdarovun da azad edilməsini cəmiyyət Eldar Mahmudovun qələbəsi kimi qəbul edəcək, artıq  kluarlarda deyil, mətbuatda Çovdarovun nə vaxtsa hansısa sirrləri açacağı şantajı müzakirələrə çıxacaq. Belə bir qalmaqalı heç bir hakimiyyət qəbul etmək istəməz, hətta  Akif Çovdarovun tezliklə dünyasını dəyişməsi belə sərf etmir. Bu mənada Akif Çovdarovun səhhətinə görə azad edilməsinə inanmıram.
O ki, qaldı dövlət sirrlərinin o həyatda olmadıqda kimlər tərəfindən  açıqlanması sualınıza, onu deyə bilərəm ki, nə Akif Çovdarovu, nə onu vaxtilə himayə edənləri hansısa dövlət sirrinin açılması maraqlandırmır və dövət sirrinin aşkar edilməsi onların əlində kozır deyil. A.Çovdarov dövlət sirri ilə deyil,  ola bilsin ki, ona məlum olan cinayətlər barədə nə vaxtsa açıqlama verəcəyi ilə hədələyir, o cinayətlər ki, mümkündür ki, rəsmilərin də bildiyi sifarişlə həyata keçirilib. Məsələnin qaranlıq tərəfi də bundadır, dövlət sirrində yox”.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Covdarovun səhhətiylə bağlı məlumatlar hakimiyyətə mesajdır?

%d bloqqer bunu bəyənir: