Now Reading:
Akif Çovdarov Eldar Mahmudova villa hədiyyə edib – Fatmaidə
Full Article 50 second read

Akif Çovdarov Eldar Mahmudova villa hədiyyə edib – Fatmaidə



Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, sabiq general Bakının Fatmai kəndi ərazisində iki villa tikdirib ki, bu villalardan birini nazir Eldar Mahmudova hədiyyə edib. Eyni proyektlə inşa edilən və divarları aqlayla əhatələnən villaların birini sabiq nazirə hədiyyə edən Çovdarov, hər iki villahın həyətində qiyməti bir neçə min olan ağaclar və ekzotik kollar əkdirib.

Bilgili qaynağın sözlərinə görə, sözügedən villalarda əkilən ağac və kolların əksəriyyəti İtaliya, İspaniya və Hollandiyadan gətirilib.

Mənbənin məlumatına görə, hər iki villa hələ də MTN generallarının sərəncamındadır və onlarınü üzərinə dövlət tərəfindən hər hansı formada əl qoyulmayıb.

Xatırladaq ki, bu günlərdə mediada A.Çovdarovun Fatmaidə 5 hektar torpaq sahəsinə malik olması ilə bağlı da xəbərlər dolaşmaqdadır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: