Loading...
Loading...

Ailə vaqonda yaşayır, ƏSMM pulunu yeyir – Qubada

Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Süleymanovlar ailəsini süründürür. 24saat.org-a müraciət edən ailənin yaşayış yeri olmadığı, vaqonda məskunlaşdıqları qeyd olunub.

Üç azyaşlı uşaqları olan ailə Qubanın Qəcərzeyid kəndində yaşayır. Süleymanovlar ailəsinin ünvanlı sosial yardımla (ÜSY) təmin edilməsinə ƏSMM qərəzli manelər yaradır.
Bir neçə il davam edən get-gəldən sonra ailə cəmisi 120 manat məbləğində ÜSY-la təmin olunub. Halbuki, Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.
Həmin Qanuna əsasən Süleymanov ailəsinin minimum yaşayış tərzinin təmin edilməsi üçün ailənin əldə etdiyi aylıq gəlir 760 manat olmalıdır. (4x117man.=468man.+ (2x146man=292man.)=760man) Ailənin meyvə bağından əldə etdiyi aylıq gəlir 83,33 manat təşkil edir.
Süleymanovlar ailəsinin aylıq gəlirləri ilə minimum meyar arasındakı fərq 676,67 manatdır. Həmin fərq ÜSY formasında Süleymanovlar ailəsinə ödənilməli olduğu halda ailəyə 676,67 manat məbəğində pulun yalnız 120 manat hissəsi ödənilir. Ödənilməli qalan 556.67 manat ailəyə ödənilmir.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Facebook «gizli danışıq» funksiyasını işə salır

%d bloqqer bunu bəyənir: