Advertisements
24 saat

Ailəsi Elçibəyin adının əbədiləşdirilməsini istəyir


“Elçibəyin adının əbədiləşdirilməsi üçün Dövlət Komissiyasına müraciət etmişik. Hələ ki konkret cavab gözləyirik”.

Bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.

O, bildirib ki, məsələnin nə yerdə qalması ilə bağlı yenə də komissiyaya müraciət edəcəklər.

“2-3 ay olar ki, ailəliklə qərara gəlib müraciət ünvanladıq. Üstündən bir müddət keçəndən sonra məsələnin nə yerdə qalması ilə maraqlandıq. Onda da dedilər ki, “hələ gözləyin. Sizə cavab veriləcək”. Biz də gözləyirik. Bu yaxınlarda yenə də nə vaxt cavab verəcəklərini soruşacağıq”.

Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib. (modern.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: