Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

AİBA “Rio-2016″dan bir neçə hakimi uzaqlaşdırıb

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarından bir neçə hakimin uzaqlaşdırılmasına dair qərar qəbul edib.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə assosiasiya rəsmi məlumat yayıb.

Qərar müvafiq komissiya tərəfindən hakimlərin fəaliyyəti yoxlanıldıqdan sonra verilib. Olimpiada zamanı səhvlərə yol vermiş hakimlərin adı açıqlanmır.

AIBA həmçinin qeyri obyektiv qərarlar çıxarmış hakimlərin fəaliyyətində korrupsiya halının olması ehtimalına dair ittihamları rədd edir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Yuliya Ratkeviç bürünc medalı əldən verdi

%d bloqqer bunu bəyənir: