Aİ Ukrayna ilə viza rejiminin ləğvinə dair ilkin razılıq verib

Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq veriblər.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.
Bununla belə, qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.
“Mən noyabrın 24-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam”, – deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

SOS! Dünya təhlükə qarşısında-təcili Yer kürəsini tərk eləmək lazımdır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: