Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aİ Gürcüstana dair qətnamə qəbul edib

Aprelin 25-26-da Brüsseldə Avropa Parlamentinin Komitə Assosiasiyasının ikinci iclasında Gürcüstan barədə qətnamə qəbul edilib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, sənəddə komitə Gürcüstan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılmasını təmin etmək üçün Gürcüstanın səylərini alqışlayıb.

Sənəddə bildirilib ki, komitə Gürcüstanda həyata keçirilən uğurlu islahatları, viza reallaşdırılmasını, bütün sahələrdə inkişafın olduğunu təsdiqləyir və məhkəmə, prokurorluq islahatları nöqteyi-nəzərdən atılan addımları alqışlayır.

Komitə həmçinin yetkinlik yaşına çatmayanlar haqqında yeni məcəllənin qəbul olunmasını, insan hüquqları strategiyasının həyata keçirilməsi və yeni Əmək Məcəlləsinin qəbulunu alqışlayıb. Komitə Gürcüstan və Aİ münasibətlərinin və Assosiasiya Sazişinin ratifikasiya edilməsinin son məqsəd olmadığını qeyd edib.

Komitə Avropa Komissiyasının Avropa Parlamenti ə Avropa Şurasına ünvanlanan 2016-cı il, 9 mart tarixli Gürcüstan üçün viza rejiminin aradan qaldırılmasına dair təklifini alqışlayır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Türkiyə ordusundan İŞİD-ə ağır zərbə – 11 ölü

%d bloqqer bunu bəyənir: