Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aİ Azərbaycanla “danışıqlara başlamaq” üçün çalışır

Brüssel Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişi barədə danışıqlara başlamaq üçün mandat əldə olunması məsələsi üzərində işləyir, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

“Ümid edirəm, bu, tezliklə baş verər. Bu həmçinin Aİ-yə üzv ölkələri ilə müzakirə olunmalıdır. Danışıqların başlaması mandatdan asılıdır”, xanım Mard ikinci Avropa İttifaqı Azərbaycan biznes sammiti zamanı bildirib.

Azərbaycanın 2006-cı ildə üzv oldumağu demokratikləşmə, insan hüquqları, sosial-iqtisadi islahatlar, yoxsulluğun azaldılması və digər məsələlərin daxil edildiyi Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planına uyğun olaraq Azərbaycanın standartlara əməl etməsilə bağlı xanım Mard deyib ki, yaxşı idarəetmə və qanunun aliliyi ilə əlaqədar Aİ-nin bəzi narahatlığı var.

“Biz Azərbaycanla Şərq əməkdaşlığı çərçivəsində tərəfdaşıq. Bir sıra planları hazırlamışıq. İdarəetmə və qanunun aliliyi məsələlərinə gəldikdə isə, biz bu işdə iştirakımızı saxlayacağıq. Dialoqa ehitiyacımız olduğunu görürük və Azərbaycanla bu üzrə gələcəkdə işləməyə davam edəcəyik. Bu Aİ və Azərbaycan əməkdaşlığı üçün prioritet məsələ olaraq qalacaq”, o bildirib.

Bir çox təhlilçinin iddia etdiyi kimi, Rusiyanın Azərbaycanda Avropa qurumlarından daha çox təsiri olması ilə bağlı Malena Mard qeyd edib ki, Azərbaycanın qonşuları ilə əlaqələrinin olması təbii və müsbətdir.

“Biz buna rəqabət kimi baxmaq istəmirik”, o əlavə edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Nazir Aparat rəhbərini işdən çıxardı – FOTO

%d bloqqer bunu bəyənir: