Ağstafa sakinin özünü asdığı deyilir…

Ağstafa rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

Aprelin 26-na keçən gecə rayon sakini, 32 yaşlıDilqəm Hüseynovun özünü asdığı güman edilir.

Report-un xəbərinə görə, ailə üzvləri D.Hüseynovun meyitini yaşadığı evin həyətindəki yarımtikilinin tavanından asılı vəziyyətdə tapıblar. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tibbi ekspertiza zamanı D.Hüseynovun özünü asdığının müəyyən edildiyi bildirilir.Ancaq ölümün səbəbi açıqlanmır.

Ağstafa Polis Şöbəsi araşdırma aparır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar üzündən canlarına qıyırlar.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Prezident Adminstrasiyasının qarşısında deputata qarşı aksiya

%d bloqqer bunu bəyənir: