Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
suyud

Ağrı azaldan, həzmə yardım edən keşnişin faydaları

Keşnişi həm xam və həm də bişmiş halda istifadə etmək bağırsaqlar üçün çox faydalıdır. Bu dərman xasiyyətinə malik olan göyərti, həzm prosesini gücləndirər və bağırsaqları təhrik edər. Nəticədə iştahasızlıqla mübarizə aparar və bədəni vitaminlərlə təmin edər. Keşnişin tərkibində E, C, B, A vitaminləri, dəmir və kalium vardır.
O kəslər ki, çirkli su içdiyinə görə zəhərlənibdir, adətən keşnişin yardımı ilə həmin zəhərli maddələrdən xilas ola bilər. Keşnişin tərkibində olan kimyəvi maddələr zəhərli maddələri tutar və onları bağıqsaq vasitəsilə bədəndən çıxardar.
24saat.org deyerler.org-a istinadən bildirir ki, keşnişi dəmləyib çay halında da içmək olar ki, tənəffüs yolları və süd verən analar üçün çox faydalıdır. Tədqiqatlar göstərmişdir ki, keşnişin tərkibində olan anti-oksidantlar xərçəng xəstəliyi ilə mübarizə aparar və xəstəliyə tutulma riskini azaldar.
Aparılan tədqiqatlar göstərmişdir ki, keşniş yağı depressiyanı və nigarançılığı aradan apara bilir. Həmçinin keşniş diabet xəstələri üçün faydalıdır. Əgər darçınla bir yerdə yeyilərsə, qanda olan şəkərin miqdarını azalda bilir.
Keşniş bədəni soyudar və ağızda olan pis iyi aparar.
Keşniş rahat yatmağa yardım edər.
Keşniş ağrıları azaldar və insana enerji verər.
Tərkibində anti-oksidant olduğu üçün yaraların tez sağalmasına səbəb olar.
Keşniş beyin fəaliyyətini yaxşılaşdırar və zehnin gücünü artırar

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Sosial şəbəkələrdə saxta iş elanlari verilir – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: