Ağdaşda xəstəxana inşasında şok yeyinti – Foto

Ağdaş rayon Mərkəzi Xəstəxanasının inşasında külli-miqdarda dövlət vəsaiti mənimsənilib.

24saat.org-un məlumatına görə, baş həkim Nuru Nuriyevin başçılığı altında maxinasiyaya yol verilib. Xəstəxana binasının fotosuna nəzə yetirmək kifayətdir ki, büdcədən ayrılan pulun hara sərf olunduğu qənaətinə gələsən. 2011-ci ildə təhvil verilən xəstəxannın açılışında ölkə başçısı iştirak edib. Rayon rəhbərliyi və baş həkimin birgə sövdələşməsi nəticəsində xəstəxana binası müasir məntəqə kimi təqdim edilərək, pulların böyük hissəsi silinib. Baş həkim Nuru Nuriyevin pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, hətta dövlət büdcəsindən ayrılan milyonlarla vəsait belə ona yetmir. Elə buna görədir ki, rayonun kəndlərindəki tibb məntəqələrinin əksəriyyəti ya uçmaq təhlükəsi yaşayır, ya bərbadlıq səviyyəsinə görə analoqu yoxdur. Elə Mərkəzi Xəstəxananın da durumu yaxşı deyil. Buraya müraciət edən xəstələrə ancaq gəlir mənbəyi kimi baxılır. Nuru Nuriyev dövlət büdcəsindən ayrılmış pulları təkbaşına yemir və burada icra başçısının da payı var. Elə buna görədir ki, rayonda fəaliyyət göstərən 3 xəstəxana, 1 uşaq Poliklinikası, 1 təcili tibbi yardım məkəzi və 61 kənd tibb məntəqəsi tamamilə bu cütlüyə işləyir. 900 nəfərlik tibb personalının arasında isə xeyli sayda «ölü canlı»nın olduğu da sirr sayılmır.

Çünki hər bir məntəqədə 2 tibb bacısının işlədiyi sənədləşirilib. Lakin onların adları var, özləri isə yoxdur. Xəstəxanaya çörək məhsullarının satın alınması üçün ayrılmış və “Tobol-C” MMC şirkəti tərəfindən həyata keçirilmiş əməliyyata 11 min manatın sərf olunduğu sənədləşdirilib. Ağdaş xəstəxanasına ayrılmış və “FRİ-F” MMC tərəfindən alışı həyata keçirildiyi iddia edilən ərzaq məhsullarının satın alınmasına da kağız üzərində 82900 manat xərcləndiyi qeyd olunur. Hərçənd Ağdaşda kimsə xəstəxanada xəstələrə yemək verildiyini nə görüb, nə eşidib, nə də bundan xəbəri var.

24saat.org

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Zərdablılar təzə başçı arzulayır – FOTOLAR

%d bloqqer bunu bəyənir: