Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağdamdan gələn müəllim ciddi korrupsiya faktları barədə açıqlama verdi

Bu gün Vətəndaş Hüquqlarının Müdafiəsi (VHM) Naminə Hüquq Müdafiəsi Təşkilatının ofisində mətbuat konfransı keçirilib.  Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin I Yüzbaşılı kənd Tam Orta Məktəbinin riyaziyyat müəllimi işləyən Əliyev Vüsal Rasim oğlu VHM-ə müraciət edərək çalışdığı təhsil müəssisəsində ciddi qanun pozuntuları və korrupsiya halları olduğunu və bununla bağlı əlində olan kifayət qədər faktları açıqlamaq istədiyini, bu məsələnin ictimailəşdirməkdə təşkilatın yardımçı olmasını  qeyd etdi.

Bu məqsədlə də VHM-in ofisində mətbuat konfransı keçirildi. Jurnalistlər qarşısında çıxış edən Vüsal Əliyev məktəbin direktorunun qanunazidd hərəkətləri barədə məlumat  verərək:

“ Mən 2004-cü ildə Ağdam rayonu  I Yüzbaşılı kənd  tam orta məktəbində mərhum Zeynalov Vaqif  Abdulla oğlunun rəhbərliyi  altında 2014-cü ilə qədər işləmişəm. İşlədiyim 10 il müddət ərzində kollektivimizdə mənimlə bağlı heç bir narazılıq və söz-söhbət olmamışdır. 2014-cü il aprelin 5-də Zeynalov Vaqif  vəfat etdikdən sonra on gün müddət ərzində 26 yaşlı, beş il pedaqoji  stajı olan və səriştəsiz oğlu Zeynalov  Polad direktor təyin olundu. Zeynalov Polad direktor  təyin olunan gündən məktəbdə qanunsuzluq və özbaşınalıq başlandı. O, formal olaraq direktor  təyin olunub, onun yerinə qərarları qardaşı, Statistikanın işçisi olub, özü evdə oturan Zeynalov Murad, anası- I Yüzbaşılı kənd uşaq baxçasının müdürəsi Zeynalova Umleyla Şahlar qızı(eyni zamanda məktəbdə müəllimə), Xalası-məktəbin dərs hissə müdiri olan Eyvazova Gözəl Şahlar qızı  və s. şəxslər tərəfindən verilir. Məktəbdə baş verən qanunsuzluqları konkret  faktlarla  sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Qanun pozuntuları bunlardan ibarətdir:

-Bütün işçilərin əməkhaqqı kartları 20.07.2016-cı il tarixinə qədər drektorunda olub;                                                             -Məktəbin xəstə şagirdlərinə fərdi dərs saatları yazılsa da ancaq heç bir müəllim tərəfindən şagirdə dərs keçirilmir. Xəstə şagirdlərə dərs demək üçün yazılan müəllimlər direktorun qohumları olur;

-Adı məktəbin texniki işçi siyahısında olub özləri isə yalnız manitorinq keçirilən zaman məktəbdə görünən işçilər 20.08.2016-cı ilə qədər olan işçilər:

(Məktəbin  Təsərrufat müdiri Qasımov İmdad Cəfər oğlu, kitabxananın əvəzləyicisi kimi Əliyeva Lamiyə Səhrad qızı (məktəbin tarix müəlliməsidir) Əliyeva Arzu Arif qızı (on ilə yaxındır ki, Yevlax   şəhərində  yaşayır və məktəbdə bir dəfə də olsun  görünməyib.) katibə əvəzləyicisi kimi Əliyeva Zülfiyyə Həsən qızı (3-cü sinifin sinif rəhbəridir və katibə üçün vacib olan kompüterdə işləməyi bacarmır),  Nərimanova Şahnaz (Heç kim tanımır),  Musayeva Qəmər Cəfər qızı (Paşabəyli kəndində yaşayır, işə çıxmır), Quliyev Rəfail Mehdi oğlu (Drektordan başqa heç kim tanımir), Ələkbərova Gülnar Barat qızı (kənddə  yaşayır 20.07.2016-cı ilə qədər  drektorun təkidi ilə 150 manat əməkhaqqı olmasına baxmayaraq əməkhaqqı kartı direktorda olub, Gülnar xanıma isə 50 manat məvacib verirmişlər), Nəsibov Nicat Allahverdi oğlu (drektorun bibisi oğludur, işçi kimi heç bir fəaliyyəti yoxdur)

Məktəbdə fakültativ məşğələlər  və dərnəklər keçirilmir. Sadəcə olaraq direktora yaxın olan müəllimlərin adına  yazılır, gəliri isə direktora çatdırılır. Həmin müəllimlər aşağıdakılardır:

-Azərbaycan-dili və ədəbiyyat fənni,  Zeynalova Mənsurə Vaqif qızı (direktorun bacısıdır)                                                     -Riyaziyyat fənni, müqavilə ilə işə qəbul edilən Nərimanova Südabə(direktorun qaynının həyat yoldaşı)                           -Rus-dili fənni, Abbasov  Heydər  Fəttah oğlu

-Məktəbin hərbi rəhbəri, Nəsibov Allahverdi Ədil oğlu-keçmiş polis serjantı olub, hal-hazırda təqaüdçüdür, 500 manat  təqaüd alir (direktorun bibisinin həyat yoldaşıdır)                                                                                    -Məktəbdə elə siniflər var ki, şagirdlərin 50%-i məktəbə gəlir , qalan 50%-i isə Bakıda, Mingəçevirdə və digər rayonlarda kursda oxuyan şagirdlərdir.                                                                                                                                      Məsələn:

-Ötən tədris ili Respublika Olimpiadasında gümüş medal almış, qəbul imtahanında isə 650 bal toplamış, icra başçı tərəfindən mükafatlandırılmış Nuriyev Vaqif  Hacı oğlu (Bakı şəhərində yaşayır və Kaspi hazırlıq kursunda təhsil alıb)

-Mərdanov Şamo və Elnur qardaşları hal-hazırda 8-ci sinif jurnalında adı gedir(hal-hazırda Bakı şəhərində yaşayırlar  və Kaspi hazırlıq kursunda oxuyurlar)

-Cəfərova Vüsalə Nicat qızı (Bakı şəhərində yaşayır və hazırlıq kursunda təhsil alır)                                                      -Əzizov Səməndər Ümidvar oğlu (Məktəbə gəlmir, rayonda təşkil olunmuş Qarabağ hazırliq kursunda hazırlaşır)

Onlarla belə şagirdlər var ki, adı sinif jurnallarında olub, ozünü isə heç bir müəllim tanımir.

Məktəbdə olan bütün vəzifəlilər direktorun qohumlarıdır:

Dərs hissə müdiri direktorun xalası-Eyvazova Gözəl təşkilatçı xalası qızı,  Əhmədova Gülcahan  Əhməd qızı (psixoloq) əmisi qızı Əliyeva Şəfəq Oruc qızı, Hərbi rəhbər (drektorun bibisinin həyat yoldaşı) Nəsibov Allahverdi Ədil oğlu, əlaqələndirici (drektorun bacısı) Zeynalova Mənsurə Vaqif qızı.

Bu qanunsuzluqları sizə faktlarla sübut edə bilərəm. Mən bu faktları bildiyimə görə drektor bəzi müəllimləri və kəndin bir neçə sakinləri arasında məni ləkələmək və məktəbdən kənarlaş dırmaq üçün gizli planlar qurur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, bu barədə rəsmi şəkildə təhsil nazirliyinə, Baş Prakror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə, OMBUDSMAN-a və digər qurumlara müraciəet etmişəm və inanıram ki, məktəbin direktoru Polad Zeynalov barədə gərəkən tədbirlər görüləcəkdir.

“Azer.press”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda fantastik qiymətə iPhone – FOTO

%d bloqqer bunu bəyənir: